Xəbərlər

Ana Səhifə
>Türkiyənin Kamu-Sen Konfederasiyasının VIII qurultayında Azərbaycan nümayəndə heyəti fəal iştirak edib
Türkiyənin Kamu-Sen Konfederasiyasının VIII qurultayında Azərbaycan nümayəndə heyəti fəal iştirak edib
Beynəlxalq əlaqələr

Türkiyənin Kamu-Sen Konfederasiyasının VIII qurultayında Azərbaycan nümayəndə heyəti fəal iştirak edib

30 mart 2026

Türkiyə Respublikasının ən nüfuzlu və böyük əmək təşkilatlarından biri olan Türkiyə Dövlət Qulluqçuları Həmkarlar İttifaqları (Kamu-Sen) Konfederasiyasının VIII Ümumi Qurultayı yüksək səviyyədə keçirilib. Qardaş ölkənin ictimai və dövlət sektoru işçilərini birləşdirən bu mötəbər tədbirdə geniş tərkibli nümayəndə heyətləri və beynəlxalq tərəfdaşlar bir araya gəliblər. Müstəsna əhəmiyyət kəsb edən bu forumda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatları — Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyi və Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin rəsmi nümayəndələri ölkəmizi yüksək səviyyədə təmsil ediblər.

Qurultayın rəsmi hissəsində geniş nitqlə çıxış edən Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin sədri Hikmət Nəbiyev tədbir iştirakçılarını salamlayaraq qurultayın işinə və qəbul olunacaq qərarlara gələcək fəaliyyətdə böyük uğurlar arzulayıb. Respublika Birliyinin sədri Kamu-Sen Konfederasiyasının qardaş ölkədə dövlət qulluqçularının əmək, sosial və iqtisadi hüquqlarının ən yüksək səviyyədə qorunması, eləcə də onların rifahının yüksəldilməsi istiqamətində illərdir həyata keçirdiyi sistemli və fədakar fəaliyyəti çox yüksək dəyərləndirdiyini diqqətə çatdırıb. Öz çıxışında sarsılmaz təməllərə söykənən Azərbaycan və Türkiyə dövlətlərinin dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin tarixi əhəmiyyətinə xüsusi toxunan Hikmət Nəbiyev, bu möhkəm bağların fonunda hər iki ölkənin sahə həmkarlar ittifaqları arasında qurulan əlaqələrin də son illər dinamik və səmərəli şəkildə inkişaf etdiyini, birgə layihələrin türk dünyası əmək hərəkatına mühüm töhfələr verdiyini xüsusilə bəhs edib.

Beynəlxalq tədbirin gedişatında Kamu-Sen Konfederasiyasının ötən qurultayarası dövrdəki fəaliyyəti, əldə etdiyi nailiyyətlər və qarşıda duran hədəfləri barədə ətraflı hesabat məruzəsi təqdim olunub və iştirakçılar tərəfindən geniş müzakirə edilib. Proqramın təşkilati məsələlər hissəsində isə konfederasiyanın rəhbərliyinə seçkilər keçirilib. Nizamnamə qaydalarına uyğun olaraq reallaşan demokratik və şəffaf səsvermənin yekun nəticələrinə əsasən, Önder Kahveci nümayəndələrin böyük etimadını qazanaraq yenidən rəsmi şəkildə Kamu-Sen Konfederasiyasının sədri vəzifəsinə seçilib. Azərbaycan nümayəndə heyəti rəhbərliyi yenidən seçilməsi münasibətilə təbrik edib və iki qardaş ölkənin sahə ittifaqları arasındakı inteqrasiya proseslərinin bundan sonra da artan xətlə davam edəcəyinə əminliklərini ifadə ediblər.

Fotoşəkillər