Baş Kollektiv Saziş Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında bağlanılır. Saziş respublikada aparılan iqtisadi siyasəti, əməyin ödənilməsi, əhalinin gəlirləri və həyat səviyyəsi, əmək bazarının inkişafı və əhalinin məşğulluğunun təminatı, sosial müdafiənin gücləndirilməsi, əmək hüquqlarının müdafiəsi, əməyin mühafizəsi, texniki və ekoloji təhlükəsizlik, sosial tərəfdaşlıq, eləcə də tərəflərin fəaliyyətinin əlaqələndirilməsi məsələlərini və əsas sosial-iqtisadi göstəricilər üzrə öhdəlikləri özündə əks etdirir.