Tez-tez verilən suallar

Ana Səhifə
>Tez-tez verilən suallar

Tez-tez verilən suallar və cavablar

Aşağıda Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinə üzv olmaq, hüquqlarınız, sosial paketlər və fəaliyyət sahələri ilə bağlı ən çox verilən sualları və onların cavablarını tapa bilərsiniz.

İşçilərin, pensiyaçıların, təhsil alan şəxslərin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi məqsədilə öz istəkləri ilə, qabaqcadan icazə almadan könüllü surətdə ən azı 7 nəfər olmaqla həmkarlar ittifaqı yaratmaq və öz istəkləri ilə müvafiq həmkarlar ittifaqı təşkilatında birləşib onun nizamnaməsini qəbul etmək hüququ var.

İşçilər, pensiyaçılar, təhsil alan şəxslər öz istəkləri ilə, qabaqcadan icazə almadan könüllü surətdə öz qanuni mənafelərini, əmək, sosial, iqtisadi hüquqlarını müdafiə etmək üçün həmkarlar ittifaqlarına daxil olmaq hüququna malikdir.

“Həmkarlar İttifaqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasında hərbi xidmətdə olan şəxslərə həmkarlar ittifaqlarında birləşməyə icazə verilmir.

Əməyin mühafizəsi dedikdə, işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin etmək məqsədilə əmək məcəlləsində və digər normativ hüquqi aktlarda, habelə kollektiv müqavilələrdə, sazişlərdə, əmək müqavilələrində nəzərdə tutulan texniki təhlükəsizlik, sanitariya, gigiyena tədbirləri normaları və standartları sistemi başa düşülür. İşçiyə iş yerində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması işəgötürənin vəzifəsidir. Bu vəzifəni həyata keçirərkən əməyin mühafizəsi sahəsində mövcud olan normativ hüquqi aktlar nəzərə alınmalıdır.

Əməyin mühafizəsi üzrə müvafiq normativ aktlarda nəzərdə tutulmuş əməyin təhlükəsizliyi, gigiyenası və yanğına qarşı mühafizə tələblərini öyrənmək, mənimsəmək və onlara əməl etmək;

Əmək funksiyasını özünü və başqa işçiləri təhlükəyə məruz qoymayacağı təqdirdə icra etmək, şəxsi buraxılışı olmadan qurğularda, dəzgahlarda, partlayış və həyat üçün təhlükəli digər mənbələrdə iş görməmək;

Verilmiş xüsusi geyimdə və ayaqqabıda işləmək, texnoloji prosesdə, əməyin mühafizəsi üzrə normalarda, qaydalarda və təlimatlarda nəzərdə tutulmuş fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etmək;

Əməyin mühafizəsi qaydalarının bütün pozuntuları haqqında, həmçinin baş vermiş qəzalar və bədbəxt hadisələr haqqında işəgötürənin nümayəndələrinə dərhal məlumat vermək;

Müntəzəm olaraq əməyin mühafizəsi normaları və qaydaları barədə biliklərini artırmaq;

Əməyin mühafizəsi məsələləri ilə əlaqədar işəgötürənin, iş yeri üzrə rəhbərinin, mütəxəssislərin tapşırıqlarına, məsləhətlərinə, tövsiyələrinə əməl etmək.

Həmkarlar ittifaqları iş yerində əmək məcəlləsi və digər bu sahədə mövcud olan normativ hüquqi aktlarla müəyyən olunmuş əməyin mühafizəsi normalarına və qaydalarına ictimai nəzarəti həyata keçirir. Həmkarlar ittifaqları istehsalatda bədbəxt hadisələrin araşdırılmasında, eləcə də əməyin mühafizəsinin yaxşılaşdırılması istiqamətində yoxlamalarda iştirak edirlər. Həmkarlar ittifaqları iş yerində əməyin mühafizəsi tələbləri pozulduqda, istehsalatda baş vermis bədbəxt hadisələr gizlədildikdə təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi üçün dövlət orqanları qarşısında habelə işçilərin sağlamlığına zərərli və təsir göstərən materiallar, texniki və texnoloji vasitələr tətbiq olunan iş yerləri haqqında dövlət nəzarətini həyata keçirən orqan qarşısında məsələ qaldıra bilər.

Giriş təlimatı iş yerində təhlükəsizlik qaydalarını özündə əks etdirən təlimat proqramıdır. İşəgötürən iş şəraitinə uyğun olaraq əməyin mühafizəsi üzrə giriş təlimatı hazırlamağa borcludur. İşçilər vəzifəsindən asılı olmayaraq işə başlamadan öncə işəgötürən tərəfindən hazırlanan giriş təlimatı proqramı ilə tanış olmalı və bu təlimatla tanış olmasını təsdiq edən jurnalı imzalamalıdırlar.

İş yerlərində təhlükəsizlik və sağlamlıq qaydaları, avadanlıqların təhlükəsiz istifadə qaydası, yanğın təhlükəsizliyi, fövqəladə hallar zamanı davranış qaydaları, fərdi mühafizə vasitələrinin istifadə qaydaları və iş yerində sanitariya və gigiyena qaydaları haqqında məlumatlar giriş təlimatı proqramında ətraflı qeyd edilməlidir. Əməyin mühafizəsi üzrə təlimatlar iş yerlərinin fəaliyyətinə uyğun olaraq hazırlanmalıdır.

İstehsalat sahəsində işçinin təhlükəsizliyi üçün ən əsas şərtlər:

İşçinin həyatının və sağlamlığının müəssisənin istehsal fəaliyyətinin nəticələrindən üstün tutulması;

Əməyin mühafizəsi tələblərinin yerinə yetirilməsinə müstəqil və səmərəli nəzarətin həyata keçirilməsi;

İşçilərin xüsusi geyim və ayaqqabı, digər fərdi mühafizə vasitələri ilə, müalicə-profilaktik yeməklə pulsuz təmin edilməsi;

İstehsalatda baş vermiş hər bir bədbəxt hadisənin hökmən araşdırılması, uçota alınması, təhlil edilməsi və bunun əsasında istehsalat xəsarətlərinin, zədələrinin və peşə xəstəliklərinin vəziyyəti barədə işçilərə dürüst məlumatların verilməsi;

Əməyin mühafizəsi normalarının müntəzəm olaraq təkmilləşdirilməsi;

İstehsalatda bədbəxt hadisələrdən zərər çəkmiş və ya peşə xəstəliklərinə tutulmuş işçilərin mənafelərinin sosial, maddi və mənəvi müdafiə olunması;

Əməyin təhlükəsizliyi səmərəli fəaliyyətin nəticəsidir!

Müraciət yalnız “e-ahik.az” Sanatoriya-Kurort Elektron Rezervasiya Platforması vasitəsilə aparılır. Müraciət edərkən müəssisə, qalma müddəti, yollayışın növü (ödənişsiz və ya qismən ödənişli) və əlaqə vasitələri qeyd olunmalıdır.

Planlaşdırılan gediş tarixindən ən tez 15 gün, ən gec 105 gün əvvəl müraciət edilməlidir.

Sanatoriya-kurort yollayışları yalnız aşağıdakı şəxslərə şamil olunur:

1. Həmkarlar ittifaqları üzvləri;

2. Sosial sığorta ödəyiciləri;

3. Pensiyaçılar (yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə pensiya alanlar).

İstirahət mərkəzlərində istirahət müddəti maksimum 6 gecə 7 gündür. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sanatoriyaları üçün 7 günlük və 14 günlük müalicə paketləri təklif edilir.

Seçim isə sizindir, əziz müraciətçilər!

Xeyr. Güzəştli yollayışlar hər təqvim ili üzrə yalnız bir dəfə təqdim edilir.

Ödənişsiz yollayışlar sosial həssas katerqoriya aid şəxslər üçün nəzərdə tutulur və bu halda müraciətçi tərəfindən ödəniş olunmur. Qismən ödənişli yollayışlarda isə yollayış dəyərinin 15%-i müraciətçi tərəfindən ödənilir.

Kart məlumatlarını yoxlayıb və bankla əlaqə saxlamağınız tövsiyə olunur.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına məxsus, həmçinin AHİK-in əməkdaşlıq etdiyi istirahət və müalicə mərkəzlərinin “e-ahik.az” sisteminə inteqrasiyası təmin olunub. Mövcud boş otaqlar barədə məlumatlar otellər tərəfindən sistemə birbaşa daxil edilir. Vətəndaşın seçdiyi tarixdə getmək istədiyi sanatoriya və ya istirahət mərkəzi haqqında məlumatın sistemdə görünməməsi həmin tarixlərdə orada boş yerin olmaması ilə əlaqədardır.

1. Şəxsiyyət vəsiqəsi;

2. Müalicə məqsədli yollayışlar üçün sanator-kurort kartı və ya tibbi arayış (Forma 72);

3. Əgər ödənişsiz yollayışa müraciət hüququ varsa - bu hüququ təsdiq edən sənəd;

4. İş yeri və ya pensiyaçı olması barədə elektron arayış.

Özəl sanatoriya və istirahət mərkəzləri Konfederasiya ilə əməkdaşlıq çərçivəsində yalnız müəyyən sayda otaqlar ayırır. Qalan otaqlar isə otel tərəfindən birbaşa satış üçün nəzərdə tutulur. Əgər sistemdə oteldə boş yer olmadığı göstərilirsə, bu, həmin obyekt üzrə həmkarlar ittifaqları üçün ayrılmış yerlərin artıq dolu olduğunu bildirir. Lakin bu, otelin ümumilikdə tam dolu olduğu anlamına gəlmir, çünki birbaşa otel tərəfindən satış üçün nəzərdə tutulmuş otaqlar da mövcud ola bilər. Qeyd edək ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına məxsus, eləcə də onunla əməkdaşlıq edən istirahət və müalicə mərkəzlərinin “e-ahik.az” sisteminə real vaxt rejimində qeydiyyat-inteqrasiya prosesi tam təmin olunub.

Müraciətçinin istirahət müəssisəsinə giriş tarixinə 12 yaşı tamam olmamış 2 uşağı ödənişsiz çarpayı və qidalanma ilə təmin olunur. 12 yaşı tamam olmamış və yaşı 12-dən çox olan digər uşaqlar üçün tam ödəniş tələb olunur.

Ödənişlər yalnız “e-ahik.az” platforması üzərindən nağdsız qaydada həyata keçirilir.

Bəli, edə bilər. Lakin, dəyəri tam ödənilməklə

Yeni müraciət yalnız əvvəlki ildəki yollayış üzrə müalicə və ya istirahət mərkəzinə olan giriş tarixindən azı 6 ay keçdikdən sonra mümkündür.

Bəli, müraciətə imtina cavabı aldıqdan sonra yenidən müraciət etmək mümkündür.

Müraciətinizin statusunu “e-ahik.az” platformasında şəxsi kabinetinizdən izləyə bilərsiniz.

Sizin şəxsi səbəblərə görə sizə təhvil verilmiş yollayışdan istifadə etməməyiniz eyni ildə təkrar müraciət hüququ yaratmır. Yeni müraciət isə növbəti ildə, cari ildə istifadə etmədiyiniz yollayışın tarixindən ən az 6 ay keçdikdən sonra mümkündür.

Ötən ilki istifadə tarixindən 6 ay keçməsi sizə cari ildə müraciət etmək hüququ yaradır. Qeydə alınmış müraciətinizə mövcud qaydalara əsasən növbəlilik prinsipi ilə baxılır.

Xeyr. Yollayışdan istifadə hüququ şəxsin özünə aiddir və bu hüquq başqa şəxsə ötürülə bilməz.

Bəli, edə bilər, lakin müraciətçi tərəfindən ödənilmiş vəsait geri qaytarılmır.

Xeyr, müraciət yalnız “e-ahik.az” platforması üzərindən həyata keçirilir.

Müraciətə cavab verilməyibsə, ləğv edib yenidən müraciət edə bilərsiniz.

Xeyr, ailə üzvü məlumatları müraciət zamanı daxil edilməlidir.

Xeyr, valideyn əsas müraciətçi olaraq uşağının məlumatlarını da daxil etməlidir.

Müraciətçinin “e-ahik.az” platformasında olan şəxsi kabinetindən.

Aşağıdakı vasitələrlə əlaqə saxlaya bilərsiniz:

Kurort Turizm İnformasiya Mərkəzi

Telefon: +994 12 492 50 10, +994 12 492 75 53

e-mail: info@sanatoirum.az

İstifadə etdiyiniz kimyəvi maddənin üzərindəki təhlükəsizlik təlimatı ilə tanış olun. Uyğun qoruyucu vasitələrdən-əlcək, maska, qoruyucu geyim, eynəkdən istifadə edin. İşlədiyiniz ərazinin yaxşı havalandırılmasına diqqət edin. İstifadə etdiyiniz maddələri qarışdırmayın - əks halda maddələrin qarışığından kimyəvi partlayış yarana bilər.

Tullantıları zibil qabına yox, xüsusi ayrılmış konteynerlərə atın!

“Həmkarlar İttifaqları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, təhsil alan şəxslər əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün iş yeri, peşələr, sahələr üzrə və respublika səviyyəsində fərdi üzvlük prinsipi əsasında həmkarlar ittifaqında könüllü birləşə və ya üzv ola bilər.

AHİK+ platforması həmkarlar ittifaqları təşkilatlarının üzvləri üçün yaradılaraq istifadəyə verilmiş rəqəmsal tətbiqdir. Yəni AHİK+ proqramından yalnız həmkarlar ittifaqları təşkilatlarının üzvləri yararlana bilərlər. Bu tətbiq həmkarlar ittifaqları təşkilatlarının üzvlərinə sosial tərəfdaş müəssisələrinin təqdim etdiyi endirimlərdən faydalanmasına imkan yaradır.

Həmkarlar ittifaqları təşkilatlarının üzvləri AHİK+ platformasında qeydiyyatdan keçərək müxtəlif xidmət şəbəkəsi olan sosial tərəfdaş müəssisələrinin təqdim etdiyi endirimlərlə tanış ola və istifadə etmək istədikləri xidməti seçərək ondan platformanın avtomatlaşdırılmış rejimdə təqdim etdiyi QR kod vasitəsilə aktivləşdirilməklə yararlana bilərlər. Endirim AHİK+ platforması tərəfindən həmkarlar ittifaqları üzvlərinə təqdim edilmiş QR kod vasitəsilə yalnız onun sosial tərəfdaş müəssisəsində oxudulmasından sonra aktivləşir.

AHİK+ platformasında bütün üzvlərə və sosial tərəfdaş müəssisələrinə dair toplanan məlumatlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 161 nömrəli qərarı ilə təsdiq edilmiş “Fərdi məlumatların mühafizəsinə dair Tələblər”ə uyğun mühafizə edilir.

Sosial tərəfdaş müəssisələri AHİK+ platformasında qeydiyyatdan keçərək platformada öz xidmətlərini, xidmət şəbəkələrini, filiallarını və müvafiq xidmət üzrə təqdim etdikləri endirimləri əlavə etməlidirlər. Sosial tərəfdaş müəssisələri platformada qeydiyyatdan keçdikdən, AHİK ilə müvafiq razılaşma əldə etdikdən və bu razılaşma rəsmiləşdirildikdən sonra proqramın iştirakçısı hesab olunurlar.

Sosial tərəfdaş müəssisələri ilə bağlanmış müqaviləyə əsasən yalnız müqavilədə göstərilən mallara və ya xidmətlərə endirim tətbiq edilir. Müqavilədə göstərilməyən mal və ya xidmətlər üçün endirim tələb edilə bilməz.

Endirim faizlərinin dərəcələri sosial tərəfdaş müəssisələri ilə bağlanmış müqaviləyə əsasən müəyyən edilir və onların dərəcələri təqdim edilən mal, xidmət və sosial tərəfdaş müəssisələrinin filiallarına görə dəyişir.

QR koddan onun aktivləşməsindən sonra 30 saniyə ərzində istifadə edilməlidir. Əgər bu müddət ərzində QR koddan istifadə edilməzsə, istifadəçi tərəfindən QR kodun yenidən aktivləşdirilməsi ilə bağlı müvafiq hərəkətlər bir daha həyata keçirilməlidir.

QR kod həmkarlar ittifaqları təşkilatlarının üzvlərinin AHİK+ platformasındakı şəxsi kabinetə (hesabına) bağlıdır və yalnız müvafiq platformada qeydiyyatdan keçmiş üzvün istifadəsi üçün nəzərdə tutulub.

Həmkarlar ittifaqları təşkilatlarının üzvləri AHİK+ proqramından gün ərzində limitsiz istifadə edə bilərlər.

AHİK+ proqramından onlayn alış-verişdə istifadə edilməsi nəzərdə tutulmur.

AHİK+ proqramından yalnız həmkarlar ittifaqları təşkilatlarının üzvləri yararlana bilərlər. AHİK+ proqramından faydalanmaq istəyirsinizsə, həmkarlar ittifaqı təşkilatına üzv olmalısınız. Bununla bağlı işlədiyiniz və ya təhsil aldığınız müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatına müraciət edə bilərsiniz. Əgər işlədiyiniz müəssisədə həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərmirsə, ən azı yeddi nəfər işçi birlikdə həmkarlar ittifaqı yarada və öz istəkləriniz ilə müvafiq həmkarlar ittifaqı təşkilatında birləşib onun nizamnaməsini qəbul edə bilərlər. Əlavə məlumat və dəstək üçün (012) 599 77 77 nömrəli AHİK Çağrı Mərkəzinə müraciət edə bilərsiniz.

Əgər texniki xəta səbəbindən AHİK+ platformasında qeydiyyat zamanı problemlərlə qarşılaşarsınızsa, ahikplus@ahik.org elektron poçt ünvanına və ya (012) 599 77 77 nömrəli AHİK-in Çağrı Mərkəzinə müraciət edə bilərsiniz.