2010-cu ildə istifadəyə verilmiş mərkəz Nabranda 4,5 hektar ərazidə yerləşir. Burada 7 kottec, 3 ikimərtəbəli (8 otaqlı standart bina) və 1 birmərtəbəli (6 otaqlı lüks bina) korpus mövcuddur. Mərkəzdə eyni anda 136 nəfərin istirahəti üçün hər cür şərait yaradılıb. Müasir tələblərə cavab verən otaqlar isti-soyuq su, TV, Wi-Fi-la təchiz olunub. Ərazidə yeməkxana, böyüklər və uşaqlar üçün hovuzlar, uşaq əyləncə mərkəzi, tennis kortu, bilyard, voleybol və futbol meydançası, diskoteka üçün xüsusi ayrılmış sahə fəaliyyət göstərir. Geniş yaşıllıq sahəsi və müasir infrastruktur ilə seçilən mərkəz ailəvi istirahət üçün əvəzedilməz məkandır.