Xəbərlər

Ana Səhifə
>Qusar şəhərində Ümumdünya Əməyin Mühafizəsi Günü ilə bağlı zona seminarı keçirilib
Qusar şəhərində Ümumdünya Əməyin Mühafizəsi Günü ilə bağlı zona seminarı keçirilib
Seminar

Qusar şəhərində Ümumdünya Əməyin Mühafizəsi Günü ilə bağlı zona seminarı keçirilib

04 may 2026

Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin təşkilatçılığı ilə Qusar şəhərində 28 aprel – Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş “Sağlam psixososial iş mühitinin yaradılmasını təmin edək” mövzusunda zona seminarı təşkil edilib.

Tədbirdə Qusar, Quba, Xaçmaz və Xızı rayonları üzrə həmkarlar ittifaqı təşkilatlarının sədrləri və fəalları iştirak ediblər. İştirakçılara əməyin mühafizəsinə dair qanunvericilik aktları, normativ-hüquqi sənədlər və bu sahədəki beynəlxalq tövsiyələr barədə ətraflı məlumat verilib.

Seminarda Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin sədrinin birinci müavini Cəmaləddin Quliyev, qurumun aparat əməkdaşları və Dövlət Əmək Müfəttişliyi Xidmətinin Quba-Xaçmaz regional şöbəsinin nümayəndəsi iştirak edərək mövzu ilə bağlı fikir mübadiləsi aparıblar.

Fotoşəkillər