Xəbərlər

Ana Səhifə
>Kürdəmirdə Ümummilli Lider Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib və ağacəkmə aksiyası keçirilib
Kürdəmirdə Ümummilli Lider Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib və ağacəkmə aksiyası keçirilib
Xəbər

Kürdəmirdə Ümummilli Lider Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib və ağacəkmə aksiyası keçirilib

07 may 2026

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Kürdəmirdə gülqoyma mərasimi keçirilib.

Anım mərasimində rayon rəhbərliyi, müxtəlif dövlət qurumlarının nümayəndələri və rayon sakinləri iştirak ediblər. İştirakçılar Ulu Öndərin abidəsini ziyarət edərək, önünə tər çiçəklər düzüb və dahi şəxsiyyətin xatirəsini dərin ehtiramla yad ediblər.

Mərasimdən sonra rayon ərazisində ekoloji tarazlığın qorunmasına xidmət edən ağacəkmə aksiyası baş tutub. Tədbir iştirakçıları əkilmiş ağaclara xüsusi qulluq göstərib və ətraf mühitin mühafizəsinin vacibliyini bir daha diqqətə çatdırıblar.

Qeyd olunub ki, bu kimi tədbirlərin keçirilməsi gənc nəslin təbiətə olan qayğı hissini formalaşdırmaqla yanaşı, rayonun yaşıllıq zolaqlarının genişləndirilməsinə də dəyərli töhfə verir.

Fotoşəkillər