Xəbərlər

Ana Səhifə
>ANAMA Həmkarlar İttifaqı Komitəsi “28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü” ilə bağlı zona seminarları keçirib
ANAMA Həmkarlar İttifaqı Komitəsi “28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü” ilə bağlı zona seminarları keçirib
Seminar

27 aprel 2026

Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının üzv təşkilatı olan ANAMA Həmkarlar İttifaqı Komitəsi “28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü”nə həsr olunmuş maarifləndirici tədbirlər təşkil edib. 20-24 aprel 2026-cı il tarixlərini əhatə edən silsilə zona seminarları Ağdam, Ağcabədi, Xocavənd, Tərtər və Goranboy rayonlarında baş tutub.

Seminarlar zamanı iştirakçılara mina təhlükəsi, bu cür risklərin azaldılması yolları, eləcə də iş prosesində və gündəlik fəaliyyətdə riayət olunmalı təhlükəsizlik qaydaları barədə ətraflı məlumat verilib. Bundan əlavə, şübhəli əşyalarla qarşılaşdıqda düzgün davranış qaydaları da mütəxəssislər tərəfindən izah edilib.

Tədbirlər interaktiv müzakirə formatında davam etdirilib və sonda iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Fotoşəkillər