Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı (ADİİXİ Hİ) Respublika Birliyinin Lerik Rayon Komitəsində növbədənkənar Plenum iclası baş tutub. İclasda komitənin məsul şəxsləri, sahə təmsilçiləri və ittifaq fəalları iştirak ediblər.
Plenumun gedişatında regional komitənin fəaliyyətinin gücləndirilməsi, idarəetmə mexanizmlərinin optimallaşdırılması və qarşıda duran strateji hədəflər ətraflı şəkildə müzakirə olunub. Toplantının gündəliyində dayanan əsas mövzu Lerik rayonunda həmkarlar ittifaqı hərəkatının səmərəliliyinin artırılması və təşkilati məsələlərin nizamnamə tələblərinə uyğun olaraq tənzimlənməsi olub. İştirakçılar yerli səviyyədə üzvlərin hüquqlarının qorunması və sosial layihələrin icrası ilə bağlı öz rəy və təkliflərini irəli sürüblər.
Müzakirələrin yekununda komitənin fəaliyyətinin gələcəkdə daha çevik və səmərəli təşkili ilə bağlı müvafiq qərarlar qəbul edilib.
Daha sonra təşkilati məsələlər çərçivəsində Lerik Rayon Komitəsinin sədri vəzifəsinə seçkilər keçirilib. Nizamnamə qaydalarına uyğun olaraq, açıq səsvermə yolu ilə keçirilən səsvermənin nəticələrinə əsasən, Rail Məmmədov yekdilliklə Lerik Rayon Komitəsinin yeni sədri seçilib.
ADİİXİ Hİ Respublika Birliyinin rəhbərliyi və kollektivi Rail Məmmədovu yeni məsuliyyətli vəzifəyə seçilməsi münasibətilə səmimi qəlbdən təbrik edir, ona Lerik rayonunda həmkarlar ittifaqı fəaliyyətinin genişləndirilməsi, əməkdaşların mənafelərinin müdafiəsi və təşkilatın nüfuzunun daha da yüksəldilməsi yolunda böyük uğurlar arzulayır.


