Xəbərlər

Ana Səhifə
>“28 May - Müstəqillik Günü”nə həsr olunmuş “Müstəqillik Kuboku” intellektual yarışının final mərhələsi baş tutub
“28 May - Müstəqillik Günü”nə həsr olunmuş “Müstəqillik Kuboku” intellektual yarışının final mərhələsi baş tutub
Yarış

28 may 2026

“28 May - Müstəqillik Günü” münasibətilə gənclər arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə “Müstəqillik Kuboku” yarışının final mərhələsi keçirilib. Ümumilikdə 5 seçim mərhələsi və finaldan ibarət olan bu genişmiqyaslı yarış 46 məktəbdən 276 gəncin intellektual mübarizəsinə səhnə olub.

Gərgin və maraqlı keçən final mərhələsinin yekun nəticələrinə əsasən, aşağıdakı komandalar ilk üçlükdə qərarlaşıblar:

1-ci yer: V.Sarıyev adına Şüşün kənd T.O.M.-un “Xarı Bülbül” komandası.

2-ci yer: B.Məmmədov adına Mürtülü kənd T.O.M.-un “Prestij” komandası.

3-cü yer: E.Zülfüqarov adına Şilyan kənd T.O.M.-un “Qoşqar” komandası.

Qeyd edək ki, gənclərin intellektual potensialının üzə çıxarılmasına və onların asudə vaxtının səmərəli təşkilinə xidmət edən bu yarış Kürdəmir rayonu üzrə Təhsil sektoru, “Kürdəmir Gənclər evi” sosial xidmət müəssisəsi və Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri (ADİİXİ) Həmkarlar İttifaqının Kürdəmir rayon komitəsinin birgə təşkilatçılığı ilə baş tutub.

Yarışın qalibi olan komandaları təbrik edir, gənc intellektuallara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.

Fotoşəkillər